Ermənistan ərazi iddialarının davam etdiyini bir daha sübut edib

18
sen
2023
23:03
Ermənistan ərazi iddialarının davam etdiyini bir daha sübut edib.
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə “X” hesabında paylaşım edib.
“UNESCO-nun Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında Ermənistan Azərbaycandakı Azıx və Tağlar mağaralarının Dünya İrsi Siyahısına daxil edilməsinə qarşı çıxıb. Bu, Ermənistanın ərazi iddialarının davam etdiyini göstərir”, - paylaşımda qeyd olunub.
Oxşar xəbərlər
XİN: "Azərbaycan UNESCO ilə əməkdaşlığa hər zaman sadiqlik nümayiş etdirib"
Azərbaycanın UNESCO-ya üzvlüyünün 30 ili tamam olur. Ötən üç onillik ərzində Azərbaycan və UNESCO arasında əməkdaşlıq münasibətləri yüksələn xətlə inkişaf edib...
