Rumıniya Qarabağda keçirilən qondarma seçkiləri tanımır

Rumıniya Qarabağ bölgəsində keçirilən qondarma prezident seçkilərini tanımır.
"Report" xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi bəyanatla çıxış edib.
Bəyanat qurumun rəsmi internet səhifəsində də yayılıb.
Bəyanatda bildirilir ki, Rumıniyanın Xarici İşlər Nazirliyi Qarabağ bölgəsində keçirilən qondarma “prezident seçkiləri”ni tanımır.
XİN Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü tam dəstəklədiyini bir daha bəyan edir və regiondakı bütün məsələlərin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq siyasi yolla həllinin tərəfdarıdır.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...
