Ərdoğan G20 liderlərinin toplantısında iştirak edəcək

Ərdoğan G20 liderlərinin toplantısında iştirak edəcək
Siyasət 4

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 liderlərinin 18-ci zirvə toplantısında iştirak edəcək.

BAKU.WS “report”a istinadən xəbər verir ki, Türkiyə Prezidenti sabah zirvə toplantısında iştirak üçün Hindistana gedəcək.

Sentyabrın 8-dən 10-dək Yeni Dehlidə keçiriləcək toplantıda G20 Liderləri “Bir Dünya, Bir Ailə, Bir Gələcək” sammitində əsas mövzu altında, üç sessiyada fikir mübadiləsi aparacaq.

Ərdoğanın həmçinin G20 liderləri, sammitdə iştirak edən bəzi hökumət başçıları ilə təkbətək görüşləri gözlənilir.

Son xəbərlər