SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu saxlanılıb.

Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

"Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirmişdir. Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə vermişdir. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılmış, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanmış və Q.İbadoğlu saxlanılmışdır. Hazırda tədbirlər davam etdirilir", - məlumatda bildirilib.

***20:42

Qubad İbadoğlunun həyat yoldaşı saxlanılmayıb.

BAKU.WS xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib.

"İddialar əsassızdır", - deyə nazirlik rəsmisi bildirib.

***18:55

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu daxil olmuş müraciətlə əlaqədar vəkili Zibeydə Sadıqova ilə birgə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib.

Bu barədə BAKU.WS-ə DİN-in mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib.

Araşdırma aparılır. Əlavə məlumat veriləcək.

BAKU.WS
VİDEO