Ceyhun Bayramov Avstriyada dəyirmi masada iştirak edib - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT ölkələrinin daimi nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masada iştirak edib.
BAKU.WS xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi tvitter səhifəsində məlumat verilib.
"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın sədrliyi ilə, ATƏT-ə üzv dövlətlərin daimi nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masada iştirak edib. ATƏT-in əməkdaşlıq gündəliyi və Azərbaycanla Ermənistan arasında postmünaqişə dövrünə aid məsələlərlə bağlı səmərəli müzakirələr aparılıb", - paylaşımda qeyd olunub.
Foreign Minister #Azerbaijan @Bayramov_Jeyhun has attended the roundtable discussion with permanent representatives of @OSCE participating states hosted by Macedonian Chairmanship. Fruitful discussions were held on cooperation agenda of the OSCE and 🇦🇿 - 🇦🇲post-conflict affairs. pic.twitter.com/yuLaBn6AFL
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) June 6, 2023
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...
