VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan ərazisində saxlanılan və hazırda məhkum olunan erməni diversantlar həqiqətləri dilə gətiriblər. Onlar müxtəlif terror əməlləri törətmək üçün Ermənistandan Azərbaycan ərazisinə keçdiklərini etiraf edirlər.

Bu ermənilər Azərbaycana soxulub müxtəlif təxribatlar törədən cinayətkarlar olsalar da, Azərbaycanda onlara insan kimi davranılır. Bu süjeti izləyərkən gözünüzün qarşısına bir müddət əvvəl Naxçıvanda yolu azaraq Ermənistana keçən iki əsgərimizi gətirin. Heç bir cinayət törətmədikləri halda qanunsuz həbs olunan əsgərlərimizə vəhşi davranışı xatırlayın. Bir də müharibədən sonra müxtəlif ərazilərdə, bu həftə də Şuşada aşkarlanan kütləvi məzarlıqları. Bu məzarlıqlar ermənilərin 1-ci Qarabağ müharibəsi dövründə azərbaycanlı əsirlərə qarşı amansız zorakılığının sübutudur. 

BAKU.WS xəbər verir ki, bu barədə İctimai TV süjet hazırlayıb.

Onlar Azərbaycan torpaqlarında törətdikləri cinayətləri etiraf etməklə, peşman olduqlarını bildiriblər.

Sözügedən süjeti təqdim edirik:

BAKU.WS
VİDEO