Ombudsman sığınacaqda yaşayan uşaqlarla görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin nəzdində fəaliyyət göstərən qadın və uşaq sığınacağında olub.
Bu barədə BAKU.WS-ə Ombudsman Aparatından bildirilib.
Ombudsman müəssisə ilə tanış olub, orada yaşayan qadın və uşaqlarla söhbət edərək onların hüquqlarının təmini vəziyyəti ilə maraqlanıb.
Daha sonra ictimai birliyin rəhbəri M.Zeynalova sığınacağın fəaliyyəti barədə S.Əliyevaya məlumat verib.
Sonda Ombudsman tərəfindən uşaqlara hədiyyələr təqdim olunub.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...
