SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Ermənistanın ən azı Azərbaycanın işğal edilmiş 5 rayonundan çəkilməsi gündəmdədir. Rusiya bizimlə bu düşüncələrini bölüşdü, biz də dəstəkləyirik dedik". 

BAKU.WS-in məlumjatına görə, bunu Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu deyib. Onun sözlərinə görə, Qarabağ probleminin həlli üçün səy göstərilir:
 
"Ermənistanla münasibətlərimizi normallaşdırmaq üçün cəhd göstəririk. İsveçrədə bir müqavilə imzaladıq, təəssüf ki müvəffəqiyyətli olmadı. Bu gün Minsk Qrupunun və Rusiyanın bəzi konstruktiv təklifləri var. 5 rayonun qaytarılması ilə bağlı Azərbaycanla da görüşdük. Biz belə addımlar atılsa, Azərbaycanın qəbul edəcəyi hər cür həlli dəstəkləyərik. Biz Ermənistanla da münasibətlərimizi normallaşdırmaq istəyirik".
 
Türkiyə XİN rəhbəri qeyd edib ki, Cənubi Qafqazda bu təhdid problem yaratmamalıdır. "Niyə həll edə bilmərik. Minsk Qrupunun da bu məsələdə səy göstərməsi lazımdır. Digər bəhs etdiyim dondurulmuş münaqişələrin də həll üçün səy göstərməliyik", - deyə nazir əlavə edib. 
 
Şahin Həbibov
BAKU.WS