Ceyhun Bayramov Mövlud Çavuşoğlunu doğum günü münasibətilə təbrik etdi - FOTO

Ceyhun Bayramov Mövlud Çavuşoğlunu doğum günü münasibətilə təbrik etdi - FOTO
Siyasət 65

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın XİN başçısı tviterdə bildirib.

"Bu gün, qardaş Türkiyə Respublikasının xarici işlər naziri dostum və həmkarım Mövlud Çavuşoğlu ilə telefon danışığı zamanı 55 yaşının tamam olması münasibətilə onu ürəkdən təbrik etdim. Əziz qardaşıma yeni yaşında möhkəm cansağlığı, fəaliyyətində davamlı uğurlar arzuladım", - C. Bayramov qeyd edib.

Son xəbərlər