SİZİN REKLAM BURADA!
055 213 76 73


Niderland Krallığının Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyə hücumu pisləyib.

Bu barədə XİN "Twitter"də paylaşım edib.

“Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumunu pisləyirik. Diplomatik nümayəndəliklərə və şəxsi heyətə qarşı hər hansı hücum tamamilə qəbuledilməzdir. Şəhid olanın ailəsinə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirik”, - paylaşımda deyilir

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

BAKU.WS
VİDEO