Parlamentdə sülhməramlılar tənqid edildi: “Putinə hörmətsizlik edirlər”

“Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingenti Azərbaycan toponimlərinin adlarını erməni adı ilə təqdim edir”.
BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, bunu parlamentin iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
O bildirib ki, Rusiya sülhməramlıları Rusiya Prezidenti Vladimir Putinin imzasına hörmətsizlik nümayiş etdirir.
“10 Noyabr Bəyanatının altına imza atanlardan biri də Rusiya prezidentidir. Sülhməramlılar Rusiya prezidentinə də hörmətsizlik edirlər”, - deyə o əlavə edib.
O bildirib ki, Milli Məclisin Regional məsələlər komitəsi Rusiya Dumasının müvafiq komitəsinə etiraz edəcək.
Oxşar xəbərlər
İlham Əliyevin Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsi - TAM MƏTN - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya m...