SİZİN REKLAM BURADA!
055 213 76 73


“Gəncə terrorunu törədənlər ədalət mühakiməsi qarşısında cavab verməlidirlər”.

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva öz tvitter hesabında yazıb.

O vurğulayıb ki, bu hərbi cinayətə görə Ermənistanda indiyədək heç kim məsuliyyətə cəlb olunmayıb:

“Bu gün Azərbaycanın Gəncə şəhərinə Ermənistan silahlı qüvvələrinin 10 dinc sakinin ölümü, 40 nəfərin yaralanması ilə nəticələnən vəhşicəsinə hücumunun ikinci ildönümüdür”.

BAKU.WS