UN-HABITAT: “Azərbaycan hökuməti insanların öz torpaqlarına qaytarılması üçün intensiv iş aparır”

“Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərin bərpası, insanların ora qaytarılması istiqamətində intensiv iş aparır”.
BAKU.WS "Report"-a istinadla xəbər verir ki, bunu Ağdamda jurnalistlərə açıqlamasında Birləşmiş Millətlər Təşkilatının (BMT) Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru Maimuna Mohd Şərif deyib.
O qeyd edib ki, iqlim dəyişikliyi, COVID-19 pandemiyası, digər çağırışlar şəhərsalma və transformasiya dəyişikliyi üçün problemlər yaradır.
"Bu gün keçirilən forum Azərbaycanın bu ərazilərdə gördüyü işlərin, ölkənin texniki təcrübəsinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir", - UN-HABITAT-ın icraçı direktoru bildirib.
Xatırladaq ki, bu gün Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu öz işinə başlayıb. Tədbiri giriş sözü ilə Azərbaycan Prezidenti İlham Əliyev açıb.
Forumun təşkilatçıları Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və ADA Universitetidir.
Tədbir öz işini sabah Bakıda davam etdirəcək.
Oxşar xəbərlər
Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib - YENİLƏNİB - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Ağdamda BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru xanım Maimuna Mohd Şərif...