Ərdoğan: “Azərbaycanın qələbəsindən sonra regionda sülhün bərqərar olacağına ümid yarandı”

“Can Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra regionda sülhün bərqərar olacağına ümid yarandı”.
BAKU.WS "Haber Global"a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı deyib.
"Biz yaranmış yeni vəziyyətin regionda davamlı sülhə şərait yaratması üçün üzərimizə düşəni edirik. Ermənistanla münasibətlərimizi yeni səviyyəyə qaldırmaq iradəmizi nümayiş etdirmişik. Ermənistan ona verilən sülh fürsətini yaxşı dəyərləndirməlidir. Ola bilsin ki, Praqa sammitində Paşinyanla görüş olsun”, - deyə o vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev və Ərdoğan Rize-Artvin hava limanının açılışında iştirak ediblər - YENİLƏNİB - FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də qardaş ölkəyə işgüzar səfərə...
