Azərbaycanda vəkillərin ən çox yol verdiyi pozuntular açıqlanıb - SİYAHI

Azərbaycanda vəkillərin ən çox yol verdiyi pozuntular açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə "report"a Vəkillər Kollegiyasından məlumat verilib.
Bildirilib ki, Vəkillərin İntizam Komissiyası tərəfindən vəkillərin fəaliyyətində daha çox aşağıdakı hallarla bağlı pozuntu müəyyən edilib:
1.Dövlət hesabına hüquqi yardımın keyfiyyətsiz göstərilməsi və bu sahədə formal vəkilliyə yol verilməsi,
2.Müqavilədənkənar pul vəsaitinin alınması,
3.Hüquqi yardıma görə alınan haqqın nağdsız qaydada ödənilməsi tələblərinin pozulması,
4.Qeyri-etik ifadələrdən istifadə edilməsi, vəkil etikasına zidd olan, vəkilliyin nüfuzuna xələl gətirən, vəkilə yaraşmayan hərəkətlərə yol verilməsi və s.
Oxşar xəbərlər
“Bəzən tədbirlərdə tək qadın mən oluram” - MÜSAHİBƏ
“Gənc və xanım vəkil olmaq heç də asan deyildi. Bu ikisini görəndə ilk olaraq deyirdilər ki, bu, məni müdafiə edə bilməz. Ancaq ünsiyyətdən sonra qısa müddətdə...
