VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Dövlət hər bir cəmiyyət üzvünün hüququnun qorunmasına mükəlləfdir. Mətbuat Şurası media ilə ictimaiyyət arasında münasibətləri tənzimləyən ictimai qurumdur. Bu vaxta qədər Mətbuat Şurasına vəzifəli şəxslər, vətəndaşlar tərəfindən 18 minə yaxın şikayət daxil olub”.

BAKU.WS "report"a istinadən xəbər verir ki, bu fikirləri Mətbuat Şurasının sədri Əflatun Amaşov bu gün Baş Prokurorluğun təşkilatçılığı ilə “Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, şikayətlərin tam əksəriyyəti araşdırılıb: “Bu günlərdə də Mətbuat Şurasına şikayətlər daxil olmaqdadır. Sabah biz iclasımızda bəzi şikayətlərə baxacağıq. Mətbuat Şurası olaraq jurnalistlərə 1000-ə yaxın “press” gödəkçələr də verilib. Biz jurnalistlərin pandemiya dövründə vaksinasiyasını da təşkil etmişik”.

Ə.Amaşov qeyd edib ki, reketçiliklə bağlı məsələlər cinayət işidir: “Azərbaycan mətbuatında reketçilik mövcud olub. Daxil olan şikayətlərin də 30-35 faizi reketçiliklə bağlıdır. Əvvəlki dövrlərə nisbətən indi reketlər daha peşəkarlaşıb. Qanunun sərt üzü üzə çıxmalıdır. Hər iki tərəf cəzalandırmalıdır. Onlar jurnalistikaya cəmiyyəti məlumatlandırmaq üçün gəlməyiblər. Təklif edirəm ki, reketçilik edənlərlə bağlı qanun sərtləşdirilsin”.

BAKU.WS