Ərdoğanla Putin görüşüb - VİDEO - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Prezidentlər arasında görüş Soçidəki “Rus” sanatoriyasının "İmperial" korpusunun "Yaşıl" zalında baş tutub.
*** 15:56
Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə saat 14.25-də “TC-TUR” təyyarəsi ilə Rusiyanın Soçi şəhərinə eniş edib.
Bu barədə BAKU.WS "haberglobal"a istinadən məlumat verir.
Bildirilir ki, Prezident R.T.Ərdoğanı Soçi Beynəlxalq Hava Limanında Krasnador Regional Administrasiyası rəhbərinin müavini Aleksandr Ruppel, Soçi şəhərinin meri Aleksey Kopayqorodski, Rusiya Dövlət Protokolu baş direktorunun müavini Aleksandr Prusov, Türkiyənin Moskvadakı səfiri Mehmet Samsar, Novorossisk baş konsulu Fırat Bayar və digər rəsmi şəxslər qarşılayıblar.
Prezident Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu, enerji və təbii sərvətlər naziri Fatih Dönmez, xəzinə və maliyyə naziri Nurəddin Nebati, milli müdafiə naziri Hulusi Akar, kənd təsərrüfatı və meşə təsərrüfatı naziri Vahit Kirişçi, ticarət naziri Mehmet Muş, Milli Kəşfiyyat Təşkilatı Hakan Fidan, Prezidentin kommunikasiya direktoru Fahrettin Altun, Prezidentin sözçüsü İbrahim Kalın və Müdafiə Sənayesi sədri İsmail Dəmir də Soçiyə gəldi.
*** 14:48
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyası prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərinə işgüzar səfərə gedib.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Qeyd edək ki, Türkiyə Prezidenti rusiyalı həmkarı Vladimir Putinlə təkbətək, daha sonra isə heyətlərarası görüş keçirəcək. Liderlər arasında Türkiyə-Rusiya münasibətləri, habelə bölgədəki vəziyyət müzakirə ediləcək.
Oxşar xəbərlər
İlham Əliyev və Ərdoğan Rize-Artvin hava limanının açılışında iştirak ediblər - YENİLƏNİB - FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də qardaş ölkəyə işgüzar səfərə...