Azərbaycan, Türkiyə, Gürcüstan parlamentarilərinin növbəti iclası harada keçiriləcək? - TƏKLİF

Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin növbəti iclasının Gürcüstanın Suxumi şəhərində keçirilməsi təklif edilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu təkliflə Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze komitələrinin Şuşa şəhərində keçirilən VII üçtərəfli iclasında çıxış edib.
O təklif edib ki, Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin növbəti iclası gələn il Suxumi şəhərində keçirilsin.
Qeyd edək ki, bu gün Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələri Şuşa şəhərində VII üçtərəfli iclas keçiriblər. Toplantıda hər üç ölkənin parlamentləri arasında münasibətlərin daha da dərinləşdirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...