SİZİN REKLAM BURADA!
055 213 76 73


“Biz dünya miqyasında bir-birinə ən yaxın ölkələrik. Ölkələrimiz çox böyük sınaqlardan keçib”.

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Rize şəhərində Rize-Artvin Hava Limanının açılış mərasimində çıxışı zamanı deyib.

“Keçən il bizim qədim və tarixi şəhərimiz Şuşa şəhərində Türkiyə və Azərbaycan arasında birgə bəyannamənin imzalanması bizim əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır. Atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik”, - Prezident vurğulayıb.

BAKU.WS