SİZİN REKLAM BURADA!
055 213 76 73


 

"Hər mübarizəmizdə olduğu kimi, FETÖ ilə mübarizəmizdə də tərəddüdsüz yanımızda duracaq tək dostumuz Azərbaycandır”.
 
APA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib.
 
Səfir bildirib ki, hüquq çərçivəsində ölkə daxilində bu təşkilata qarşı mübarizə davam edəcək: "Lakin ölkə xaricində də təşkilatlanmağa və yayılmağa çalışırlar. Ona görə də bu istiqamətdə mübarizəmizi davam etdirəcəyik. Türkiyə Azərbaycanla hər mövzunu açıqlıqla danışır. Biz bu təcrübəmizi Azərbaycanla uyğun kanallarla paylaşmağa davam edirik”.
 
BAKU.WS