VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev, eləcə də Ermənistanın baş naziri Nikol Paşinyan arasında Soçidə üçtərəfli danışıqlar başa çatıb. Danışıqlar üç saata yaxın davam edib.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

Danışıqlar zamanı tərəflər xüsusilə Qarabağdakı vəziyyəti müzakirə edib, həmçinin son bir ildə onun sabitləşməsi üçün görülən işləri dəyərləndiriblər.

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin danışıqları Qarabağda atəşkəs bəyannaməsinin imzalanmasının ildönümünə təsadüf edib və Rusiya tərəfinin təşəbbüsü ilə keçirilib.

BAKU.WS