DSX-nin Tibb Xidmətinin rəisi ehtiyata buraxılıb

26
noy
2021
15:27
Dövlət Sərhəd Xidmətinin (DSX) Tibb Xidmətinin rəisi, tibb xidməti polkovniki Kənan Yusifzadə ehtiyata buraxılıb.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bununla bağlı DSX rəisi, general-polkovnik Elçin Quliyev əmr imzalayıb.
Əmrə əsasən, K.Yusifzadə hərbi xidmətdə olmağın son yaş həddinə görə təqaüdə göndərilib.
Hələlik DSX-nin Tibb Xidmətinə yeni rəis təyin edilməyib.
Qeyd edək ki, K.Yusifzadə hazırda Bakıda fəaliyyət göstərən özəl klinikalardan birində ümumi cərrah vəzifəsində çalışır.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...