Ceyhun Bayramov Serbiya Prezidenti ilə görüşüb - FOTO

Oktyabrın 12-də xarici işlər naziri Ceyhun Bayramov Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubiley tədbiri çərçivəsində Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç tərəfindən qəbul edilib.
Bu barədə BAKU.WS-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüş zamanı Azərbaycan və Serbiya arasında yüksək xətlə inkişaf edən əməkdaşlıq məmnunluqla vurğulandı, və stateji münasibətlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə iki ölkə arasında arasında imzalanmış sənədlərin əhəmiyyətinə toxunuldu və bu sazişlərin ikitərəfli əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyi qeyd olunub.
Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevi Serbiyaya rəsmi səfər etməklə bağlı dəvətini çatdırmağı xahiş edib.
Görüşdə eyni zamanda qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Qalereya
Oxşar xəbərlər
Prezident Qoşulmama Hərəkatının konfransında çıxış edib - YENİLƏNİB - VİDEO
İyulun 13-də Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin onlayn formatda aralıq konfransı keçirilib. BAKU.WS xəbər verir ki, tədbirdə Azərbaycan Respublikas...
