Üç ölkənin XİN başçısı bu gecə Bakıya gələcək

Üç ölkənin XİN başçısı bu gecə Bakıya gələcək
Siyasət 247

Avstriya, Litva və Rumıniya xarici işlər nazirləri Aleksandr Şallenberq, Qabrielius Landsbergis və Boqdan Auresku Cənubi Qafqaz turu çərçivəsində bu gecə Bakıya gələcəklər.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Rumıniya xarici işlər naziri Boqdan Auresku tvitterdə yazıb.

Bakından sonra nazirlər Yerevan və Tbilisiyə səfər edəcəklər.

Nazirlərin Cənubi Qafqaza səfəri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrellin tapşırığı ilə baş tutacaq.

Son xəbərlər