Azərbaycan ilə Pakistan hərbi nümayəndə heyətlərinin görüşü keçirildi

22
iyn
2021
20:45
Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev Pakistan İslam Respublikasının müdafiə nazirinin müavini, general-leytenant Mian Muhəmməd Hilal Hüseynin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, görüş iyunun 22-də Moskvada keçirilən IX Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub.
Görüşdə tərəflər hər iki ölkənin orduları arasında əlaqələrin daha da genişləndirilməsi məsələlərini müzakirə edib, hərbi əməkdaşlığın əsas istiqamətlərinə dair fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...