SİZİN REKLAM BURADA!
055 213 76 73


“Cənubi Qafqazdakı cari vəziyyət yeni imkanlar, yeni təhlükəsizlik paradiqması yaradıb”.

BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda “Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” mövzusunda keçirilən müzakirələrdə deyib.

O bildirib ki, regionda sülh və təhlükəsizlik hərtərəfli əməkdaşlıq platformasından asılıdır.

Nazir qeyd edib ki, 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli bəyanatdan sonra Azərbaycan Ermənistanla münasibətlərin normallaşması üçün praqmatik addımlar atıb.

C.Bayramov Bakının humanitar addımlarına diqqət çəkərək Gorus-Qafan yolunun 21 kilometrinin Azərbaycan ərazisindən keçdiyini də xatırladıb.

Nazir onu da xatırladıb ki, Azərbaycan üzərindən Ermənistana Rusiya qazı ixrac olunub.

“Biz münasibətlərin normallaşmasından danışırıq, çünki artıq işğal faktı yoxdur. Biz təkliflərimizi veririk, lakin bu, qarşılıqlı olmalıdır”, - deyə C.Bayramov əlavə edib.

BAKU.WS