VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
ABŞ-ın dövlət katibi Con Kerri Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

BAKU.WS-in məlumatına görə, ABŞ Prezidenti Barak Obama və Amerika xalqı adından xalqımızı təbrik edərək dövlət katibi Con Kerri illərdir ABŞ-ın və Azərbaycanın Avropanın daxilində və hüdudlarından kənarda onun təhlükəsizliyi və tərəqqisi uğrunda birgə çalışdıqlarını vurğulayıb.

Dövlət katibi Con Kerri qeyd edib ki, Azərbaycan Avropa bazarlarının enerji ilə təminatında mühüm rola malikdir. ABŞ Azərbaycanın regionda enerji şaxələndirilməsinin genişləndirilməsi istiqamətindəki səylərini tam dəstəkləyir.

O deyib: "ABŞ hökuməti terrorçuluğa qarşı mübarizədə və transmilli məsələlərdə Azərbaycan ilə əməkdaşlığı yüksək qiymətləndirir”.

Con Kerri, həmçinin Amerika Birləşmiş Ştatlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməkdə sadiq olduğunu da qeyd edib.
 
BAKU.WS