“Caliber”: Kadr çatışmazlığı ilə üzləşən Paşinyandan qeyri-adi “çıxış yolu” - FOTO

01
mar
2021
12:49
Ermənistanda kadr, xüsusən də sadiq və cəsarətli insanların çatışmazlığı yenidən özünü büruzə verməkdədir.
Bu barədə “Caliber”in “Facebook” səhifəsində dərc edilən məlumatda qeyd olunur.
Yazıda bildirilir ki, Nikol Paşinyan bu dəfə yanacaqdoldurma məntəqəsinin işçisini Dilican şəhərinin meri vəzifəsinin müvəqqəti icraçısı təyin edib.
Həmin şəxs anket məlumatlarında cinsiyyəti göstərən bölməyə “cəsarətli” yazıb və orta ixtisas təhsili aldığı müəssisənin adına düzəliş edib.
Beləliklə, Ermənistanda yanacaqdoldurma məntəqəsinin “cəsarətli” işçisinə mer vəzifəsi tapşırılıb.

Oxşar xəbərlər
Bir qrup hərbu qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...