Bu gün Əfv Komissiyasının iclası keçiriləcək

Bu gün Əfv Komissiyasının iclası keçiriləcək
Siyasət 68

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək.

BAKU.WS xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı, komissiyanın üzvü Fazil Mustafa deyib.

O bildirib ki, toplantı videokonfrans formatında keçiriləcək: “İclasda komissiyaya daxil olan müraciətlərə baxılacaq”.

“Komissiya indi toplanıb müraciətlərə baxırsa, demək, Novruz bayramı ərəfəsində ölkə Prezidenti tərəfindən əfv sərəncamının imzalanması mümkündür”, - F.Mustafa vurğulayıb.

Son xəbərlər