Əli Həsənovun bacısı oğlu da polisdəki vəzifəsindən azad edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun daha bir yaxın qohumu Daxili İşlər Nazirliyindəki vəzifəsini itirib.
BAKU.WS-in “sfera.az”a istinadən məlumatına görə, Əli Həsənovun DİN Baş Mühafizə İdarəsi Neft Emalı Obyektlərinin Mühafizəsi İdarəsinin bölük komandiri vəzifəsində çalışan bacısı oğlu Məmmədov Siyamək Dilavər oğlu işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.
Xatırladaq ki, bundan öncə Əli Həsənovun qaynı, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsində Cinayət Axtarış İdarəsinin rəisi Cəbrayıl Vəliyev də vəzifəsindən uzaqlaşdırılmışdı.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...