SİZİN REKLAM BURADA!
055 213 76 73


“Böyük Ermənistan”, “dənizdən dənizə”, Los-Ancelesdən Beyrutadək Ermənistan olmayacaq”.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Rusiyanın milli təhlükəsizlik məsələləri üzrə hərbi-siyasi mütəxəssisi, amerikaşünas-politoloq Dmitri Yevstafyev feysbuk səhifəsində yazıb.

“Paşinyan yalnız simptomdur. Bu simptom millətin daxilindən yanıb qurtarıb. O, böyük ola bilmir və böyüklüyün yükünü çəkmək istəmir”, - o qeyd edib.

D.Yevstafyev bildirib ki, Ermənistanın və bu ölkənin xalqının gələcəkdə mövcud olması üçün yaxın 20 il üçün iki yolu var: “Hər iki yolun bəyənilməyəcəyindən qorxuram. Birinci variant “Böyük Rusiya”nın Kalininqrad kimi etnoqrafik əyaləti olan kiçik Ermənistan. İkinci variant isə çox kiçik Ermənistanı Osmanlı imperiyasının Bakı vilayətinin tərkibində etnoqrafik mühafazdır".

Politoloq Rusiyanın indiki şərtlərini Ermənistan və erməni xalqı üçün ən uğurlu şərait sayıb: “Təkcə Paşinyan deyil, erməni xalqı bu seçimin əhəmiyyətini başa düşməsə, Rusiya və ictimaiyyəti, o cümlədən dəhşətli dərəcədə xəstə olan Rusiyadakı erməni icması heç nə edə bilməyəcək. Yeni dünya cox qəddardır. O, xəyalları silib süpürür. Belə dünyada yaşamağı öyrənmək lazımdır”.

BAKU.WS