SİZİN REKLAM BURADA!
055 213 76 73


Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müddəti uzadılıb.

BAKU.WS xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı qərar qəbul edib.

Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin verilən müddətli əlavənin müddəti martın 31-dək uzadılıb.

Qeyd edək ki, əvvəl bu müddət yanvarın 31-dək nəzərdə tutulmuşdu.

BAKU.WS