SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Ermənistanın müdafiə naziri Seyran Ohanyan Moskvaya çağırılıb. BAKU.WS xəbər verir ki, Ohanyanın başçılıq etdiyi nümayəndə heyəti bu gün yola düşəcək.
 
Ohanyan səfər çərçivəsində bir sıra ikitrəfli görüşlər keçirəcək, regiondakı vəziyyət, o cümlədən cəbhə xəttində baş verən hadisələr müzakirə olunacaq. Eyni erməni nümayəndə heyəti 5-ci Beynəlxalq Təhlükəsizlik konfransında iştirak edəcək. 27-28 apreldə baş tutacaq konfransda terrorizmlə mübarizə məsələləri müzakirə olunacaq. Konfransda Azərbaycan da daxil olmaqla, 82 ölkədən nümayəndə heyəti iştirak edəcək. 
 
BAKU.WS