VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Nəqliyyat naziri cənab Ziya Məmmədov görüşdə iştirak edəcək. 

BAKU.WS-in Nəqliyyat Nazirliyinə istinadla verdiyi məlumata görə, 23 dekabr 2015-ci il tarixində İran İslam Respublikasının Tehran şəhərində Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin 3-cü iclası keçiriləcək.
 
İclasda Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmmədovun rəhbərlik etdiyini nümayəndə heyəti iştirak edəcək. Görüş zamanı nəqliyyatın bütün sahələrində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq və regional dəhlizlərin inkişafı, nəqliyyat üzrə Xəzəryanı ölkələrin imkanları və region ölkələrinin nəqliyyat infrastrukturunun modernləşdirilməsi, logistika mərkəzlərinin yaradılması kimi məsələlər müzakirə ediləcək.
 
Yekun olaraq "Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin 3-cü iclasının Bəyanatı”nın qəbul olunması nəzərdə tutulub.
 
BAKU.WS