“Bayraktar”ın yaradıcısı ASAN-ın yeni layihəsində - FOTO

“Bayraktar”ın yaradıcısı ASAN-ın yeni layihəsində - FOTO
Foto
Siyasət 459

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə "Baykar Savunma" şirkətinin rəhbəri, "Türkiyə Texnologiyaları Qrupu”nun həmtəsisçisi və İdarə Heyətinin sədri Haluk Bayraktar arasında onlayn formada görüş keçirilib.

BAKU.WS xəbər verir ki, görüş zamanı Ülvi Mehdiyev və Haluk Bayraktar cari ilin 4-6 dekabr tarixində keçiriləcək “Qlobal Müdafiə Texnologiyaları Hakatonu” barədə müzakirə aparıblar.

Xatırladaq ki, ölkəmizdə ilk dəfə və onlayn keçiriləcək Hakatonda müdafiə texnologiyaları ilə bağlı innovativ arxitektura və proqramların tətbiqi, bu istiqamətdə əməkdaşlıqların artırılması məsələləri müzakirə olunacaq. Həmçinin mülki şəxslərin müdafiəsi, informasiya təhlükəsizliyi və rəqəmsal təbliğat mövzuları diqqət mərkəzində olacaq.

Tədbirin əsas məqsədlərindən biri də Qarabağ həqiqətlərini dünyaya çatdırmaqdır.

Oxşar xəbərlər

İlham Əliyev Balakəndə “ASAN xidmət” mərkəzinin açılışını edib - FOTO

İlham Əliyev Balakəndə “ASAN xidmət” mərkəzinin açılışını edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib. BAKU.WS xəbər verir ki, Prezi...

1153 Siyasət 20:04 30 iyul 2020

Son xəbərlər