Seyid Abbas Musəvi: "Biz çox şadıq ki, İran-Azərbaycan sərhədləri işğaldan azad olundu - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"İnanırıq ki, ölkələrimiz arasında tarixi köklər üzərində qurulmuş əlaqələrimiz gələcəkdə də uğurla inkişaf edəcək və bu əlaqələr, o cümlədən bölgədə sülh, sabitlik və rifahın təmin olunmasına xidmət edəcək".
BAKU.WS Baku Tv-yə istinadən xəbər verir ki, İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ölkəsinin qəti dəstəyini növbəti dəfə bəyan edib.
Seyid Abbas Musəvi həmçinin “Xudafərin” hidroqovşağının ölkələrimiz üçün əhəmiyyətindən də danışıb: "Bu hidroqovşaq İranla Azərbaycanın müştərək işidir və fəxr olunası bir layihədir. Bu su bəndi İranla işğal olunmuş ərazilər arasında tikilib. İran İslam Respublikası bu hidroqovşağın tikilməsini təktərəfli qaydada öz üzərinə götürmüşdü.
Həmin əraziyə ermənilərin yaxın durmamağını tələb etmişdi. Bu ərazinin Azərbaycana məxsus olduğunu nəzərə alaraq müqaviləni Azərbaycanla bağlamışdı. Bu hidroqovşaq İranla Azərbaycan arasında əməkdaşlıq və dostluq simvolu kimi xarakterizə edilir".
Qeyd edək ki, sözügedən hidroqovşağın tikintisinin başa çatması ilə əlaqədar işçi qrupundan ibarət komissiya yaradılıb və yaxın zamanda hidroqovşağın istismara verilməsi yüksək səviyyədə həyata keçiriləcək.
Oxşar xəbərlər
Prezident yerli jurnalistlərə ilin yekunları ilə əlaqədar müsahibə verib - VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. BAKU.WS müsahibəni təqdim e...