Dünyanın ən etibarlı hava hücumundan müdafiə vasitələri - VİDEO

Hər bir ölkənin silah arsenalında Hava Hücumundan Müdafiə sistemləri xüsusi yer tutur. Belə ki, ehtimal edilən mümkün hücumdan (iri iqtisadi şəhərlərinə, aerodromlarına, su və istilik elektrik stansiyalarına, su bəndlərinə, hərbi və digər mühüm strateji obyektlərinə) qorunmaq üçün güclü və müasir tələblərə cavab verən RƏM sistemlərinə malik olmaq olduqca vacibdir.
BAKU.WS xəbər verir ki, hazırda dünya ölkələri hava hücumundan qorunmaq üçün bir neçə RƏM sistemini arsenalına daxil edir.
Hava Hücum Vasitələri inkişaf etdikcə, Havadan Müdafiə Sistemləri də inkişaf edir. Müasir və etibarlı müdafiə kompleksləri hesab olunan RƏM sistemlərini təqdim edirik:
S-400 Triumf (NATO kod adı: "SA-21 Growler") və ya digər adı ilə S-300 PMU-3 Rusiyanın Almaz Mərkəzi Dizayn Bürosu tərəfindən istehsal olunan zenit raket kompleksidir. Bu sistem 2007-ci ildən bəri Rusiya Silahlı Qüvvələrinin silahlanmasında yer alır. S-400 sistemlərində dörd növ raketdən istifadə olunur: çox uzun mənzilli 40N6 (400 km), uzun mənzilli 48N6 (250 km), orta mənzilli 9M96 (120 km) və qısa mənzilli 9M96E (40 km) raketləri. S-400 hazırda mövcud olan hava hücumundan müdafiə (HHM) sistemləri arasında ən yaxşılardan biri hesab olunur.
Qərb analitiklərinin fikrincə, S-400 zenit-raket kompleksi "İskəndər" OTRK və Bastion sinifli sahil gəmi əleyhinə raket kompleksləri kimi sistemlərlə yanaşı Qərbdə "Giriş Qadağa Zonası" (A2/AD) kimi məlum olan Rusiyanın yeni konsepsiyasında əsas rolu oynayır. Rusiya Müdafiə Nazirliyi S-500 "Prometey” zenit-raket komleksi ilə təmin olunmağa başlayıb.
Oxşar xəbərlər
Azərbaycan hansı ölkədən nə qədər silah alıb? - SİYAHI
"Azərbaycan Ordusu bu gün bir neçə ölkə ilə yaxın sferada əməkdaşlıq edir. İlk növbədə Rusiya, daha sonra İsrail, Türkiyə, Belarus və digər ölkələrin silahları...