Döyüşməyə adam tapmayan Paşinyan bütün dünya ermənilərinə çağırış etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağda ərazi itkilərini etiraf edib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, növbəti dəfə erməni xalqına rəsmi “Facebook” hesabından müraciət edən Paşinyan Qarabağın gedən döyüşlərdə ağır yaralandığını bildirib.
O, həmçinin bütün dünya erməniləri vuruşmağa çağırıb.
Ermənistanın Baş nazir çıxışında “əmrə tabe olmayanlar sərt şəkildə cəzalandırılacaq” ifadəsini səsləndirib.
Erməni cəmiyyətində Azərbaycan ordusunun hücumularından kəskin qorxu hissinin yarandığını bilən Paşinyan xalqa müraciətdə “Gəlin razılaşaq ki, heç nədən qorxmayacağıq” deyib.
Bu çıxış Ermənistanın işğalçı qüvvələrinin ağır itkilərini məruz qaldığı və Paşinyanın artıq kömək üçün müraciət edəcək yerin olmadığını bir daha təsdiqlədi.
Oxşar xəbərlər
İlham Əliyev Türkiyənin “Haber Türk” telekanalına müsahibə verib - YENİLƏNİB - VİDEO
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə verib. Oktyabrın...
