SİZİN REKLAM BURADA!
055 213 76 73


Qırğızıstanın “Erkin Qırğızıstan” partiyasının sədri Tursunbay Bakir uulu, “Ulut Ordo” partiyasının lideri Nuralı uulu Bakıt, “Eldik taza muun” insan hüquqları dərnəyinin sədr müavini Timur Mahmudov, “Kırk Çoro” hərəkatının nümayəndəsi Konuşbayev Baxtiyar Narınbekoviç, Bişkek şəhərinin sakinləri və ölkədə yaşayan soydaşlarımız Ermənistan ordusunun Azərbaycanın bir sıra şəhər və rayonlarını raket atəşinə tutması nəticəsində mülki şəxslərin və günahsız uşaqların və körpələrin həlak olmasına, yaşayış evləri və mülki obyektlərin dağıdılmasına etiraz olaraq Azərbaycanın Qırğızıstandakı səfirliyinin qarşısında aksiya keçiriblər.

BAKU.WS azertac-a istinadən xəbər verir ki, onlar səfirliyin binası önündə erməni terroru ilə bağlı stendlərə baxıblar, mülki əhaliyə qarşı xain hücumun nəticələrini əks etdirən fotoların önünə gül-çiçək, uşaq oyuncaqları düzüblər.

Aksiya iştirakçıları cəbhə zonasından uzaqda yerləşən yaşayış məntəqələrini, o cümlədən Gəncə və Mingəçevir şəhərlərini atəşə tutan Ermənistanın faşist siyasətini pisləyib, beynəlxalq ictimaiyyətin diqqətini uşaqların öldürülməsinə cəlb etməyə çalışıblar.

Soydaşlarımız Gəncə terrorunun qurbanı olan günahsız uşaqların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycan, Qırğızıstan, Türkiyə və Gürcüstan bayraqlarının dalğalandığı aksiyada “Qarabağ Azərbaycandır!”, “Ermənistanın təcavüzünü dayandırın!”, “Erməni işğalına son!” və sair kimi şüarlar səslənib.

BAKU.WS
QALEREYA