Rusiya prezidenti: “Qarabağ münaqişəsinin həllində heç kim Rusiyadan daha çox maraqlı deyil”

“Qarabağ münaqişəsinin həllində heç kim Rusiyadan daha çox maraqlı deyil, bu münaqişə dostlarımızla baş verir”.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin “Valday” müzakirə klubunun iclasında çıxışı zamanı deyib.
“Bizim üçün bu, xüsusi vəziyyətdir. Bəli, 92-ci ildə qrup yaradılıb. Həmsədrlər kimi Rusiya, Fransa, ABŞ-ın üzərinə danışıqlar prosesini təşkil etmək məsuliyyəti düşür. Mən yüz faiz əminəm ki, prosesin bütün iştirakçıları vəziyyətin tənzimlənməsinə səmimiyyətlə səy göstərir, ancaq heç kim bu işdə Rusiya qədər maraqlı deyil”, - deyə V.Putin qeyd edib.
Onun sözlərinə görə, rusiyalılar üçün “bütün bunlar canlı” baş verir.
“Bütün bunlar yalnız gözlərimiz qarşısında deyil, həm də bizim insanlarımız, dostlarımız, qohumlarımızla baş verir”, - Rusiya lideri qeyd edib.
Oxşar xəbərlər
Prezident Cinayət Məcəlləsində dəyişiklikləri təsdiqlədi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. BAKU.WS xəbər verir ki, sənədə əsasən, Cin...
