Zabit Səmədov məşhur türk serialında - VİDEO

Tanınmış idmançı Zabit Səmədov Türkiyənin məşhur "Kuruluş Osman" serialında çəkilişlərə başlayıb.
BAKU.WS xəbər verir ki, Zabit Səmədov ilk dəfə "Kuruluş Osman"ın 35-ci bölümündə tamaşaçıların qarşısına çıxacaq.
Kikboksinq dünyasının ən məşhur simalarından biri olan, Dünya və Avropa çempionu titullarına sahib olan və iştirak etdiyi bir çox turnirlərdə Türk dünyasını qürurlandıran Zabit Səmədov serialda aktyorluq qabiliyyətini nümayiş etdirəcək.
Serialın prodüseri, ssenari müəllifi və layihə dizayneri Mehmet Bozdağ sosial şəbəkədə hesabından bu barədə açıqlama verib:
“Azərbaycan kikboksinq ustası Zabit Səmədov “Kuruluş Osman” serialında iştirak etdi. Can Azerbaycana salam olsun. Ordularımız müzəffər olsun".
Oxşar xəbərlər
İtaliyada vəfat etmiş dünya şöhrətli azərbaycanlı vokalçı Bakıda dəfn olundu - FOTO
İtaliyada vəfat etmiş məşhur azərbaycanlı vokalçı, böyük istedadı, bənzərsiz səsi ilə dünya opera səhnələrini fəth etmiş Eldar Əliyev avqustun 23-də Bakı şəhəri...
