SİZİN REKLAM BURADA!
055 213 76 73


Oktyabrın 27-də Azərbaycanın Xalq artisti, tanınmış müğənni-bəstəkar Emin Ağalarov Gəncədəki Heydər Əliyev Park Kompleksində konsert proqramı ilə çıxış edib.

BAKU.WS
-in bölgə müxbirinin verdiyi məlumata görə, konsertdə Gəncənin millət vəkilləri, ictimaiyyət nümayəndələri və şəhərin qonaqları iştirak edib.

Emin Ağalarov tamaşaçılar qarşısında məşhur hitlərini səsləndirib.

Konsert Gəncə sakinlərinin böyük coşqusu və alqışları ilə qarşılanıb.

Qeyd edək ki, Emin Ağalarov peşəkar musiqi karyerasına 2006-cı ildə başlayıb. Həmin ildə onun “STILL” adlı birinci studiya albomu çıxıb. Rusiyada bu diskin 70 000, MDB üzvü olan digər ölkələrdə isə 30 000 surəti satılıb. Debüt albomunun uğurundan sonrakı üç il ərzində EMİN daha üç ingilisdilli disk buraxıb: “Incredible” (2007-ci il), “Obsession” (2008-ci il) və “Devotion” (2009-cu il). Onların hər biri Moskvada və Bakıda canlı konsertlərlə müşayiət olunub.

2010-cu ildə EMİN məşhur prodüser Brayan Rolinqlə (Brian Rolling) onun “Metropolis Studios” studiyasında işləmək üçün Londona köçüb. Beynəlxalq aləmdə tanınmış “Wonder” (2010-cu il) və “After the Thunder” (2012-ci il) albomları məhz bu yaradıcılıq ittifaqının nəticəsi olub.

“Wonder” Avropanın ən böyük radiostansiyası olan “BBC Radio 2” tərəfindən həftənin ən yaxşı albomu hesab edilib. Bundan sonra EMİN iki sinql (“Obvious” və “Any Time You Fall”) buraxıb, onlar da həftənin ən yaxşı sinqli hesab edilib.

2013-cü ildə Moskvadakı “Crocus City Hall”da keçirilmiş “Miss Universe” beynəlxalq müsabiqəsi çərçivəsində EMİN dünyanın 160 ölkəsindən bir milyardlıq televiziya auditoriyası qarşısında çıxış edib.

2013-cü ildə EMİN “Mən hamıdan yaxşı yaşayıram” (“Я лучше всех живу”) adlı rusdilli hitini buraxıb və bu mahnıya görə “Qızıl qrammofon” mükafatına layiq görülüb.2016-cı ildə musiqiçi ilk dəfə olaraq Rusiyanın 50-dən çox şəhərinə turneyə çıxıb.

Həmin ildə Sankt-Peterburqdakı Saray Meydanında əfsanəvi musiqi prodüseri, 16 dəfə “Qremmi” mükafatına layiq görülmüş Devid Foster ilə birlikdə eksklüziv proqram təqdim edib. Meydana 50 000 tamaşaçı toplamış bu şou PBS telekanalı vasitəsilə ABŞ-ın 100-dən çox şəhərinə və ən böyük ştatlarına yayımlanıb.

2017-ci ildə müğənninin 13-cü albomu, rusdilli “Прости, моя любовь” duet plastinkası çıxıb və alboma Ani Lorak, Polina Qaqarina, Valeri Meladze, Aleksandr Marşal, Vladimir Kuzmin və Stiven Siqal ilə birgə ifa etdiyi mahnılar daxil olub.
BAKU.WS
VİDEO

QALEREYA