SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın gənc və istedadlı bəstəkarı Firudin Allahverdi fortepiano, kamera, orkestr, teatr və film musiqilərinin müəllifidir. Bundan başqa bəstəkar, 4-cü pre-Art Beynəlxalq Gənc Bəstəkarlar müsabiqəsinin qalibidir.

BAKU.WS müxtəlif tərcümələr edən və köşə yazıları yazan bəstəkarın Azərbaycanda musiqi təhsili, incəsənət və s. mövzularla bağlı müsahibəsini sizə təqdim edir:
  
- İnsanın zövqünü formalaşdıran nədir?

İnsanın zövqünü ilk növbədə təhsil, daha sonra görüb-götürdükləri formalaşdırır. Oxuduğu kitablar da buna təsir edir. Bu yalnız bədii ədəbiyyatla yox, incəsənətə aid kitablar mütaliə etməklə də yaranır. Zövq anadangəlmə bir şey deyil. Bunu sonradan formalaşdırmaq olur. 

- Azərbaycanda musiqi dilini bilən nə qədər dinləyici var?

Ümumiyyətlə, dünyada musiqidən başı çıxan adam çox az olub. Məsələn, 17-18-ci əsrin avropasında musiqini ancaq arisokratlar başa düşürdü. Kim ki kral, hersoq ailəsindən idi onlar musiqini daha yaxşı anlayır və başa düşürdü. Çünki onlara riyaziyyat, həndəsə, tarix, latın dili və eləcə də incəsənətdən ən yaxşı müəllimlər dərs deyirdi. Bu cür keyfiyyətli və yüksək səviyyəli təhsildən sonra onlar başlayırdı musiqinin dili ilə maraqlanmağa, musiqi ilə ortaya qoyulan problemi, fəlsəfəni öyrənməyə ki, başa düşsünlər ki, musiqi, səslər onlara nə demək istəyir.

Musiqini başa düşmək doğurdan da çətindir. Çünki onun forması da fərqlidir. Ədəbiyyat elədir ki, onu oxuyursan. Eləcə də, rəsm. Biz baxırıq ki, orada at şəkli var və onu görürük. Amma musiqini dinlədiyimiz zaman, bizə ötürülən emosiyaları anlamaq çətindir. Musiqi obyektiv yox, daha çox subyektiv olur. Motsartın, Baxın vaxtında onları daha çox aristokratlar dinləyirdi.

Həmin insanlar uşaq vaxtlarından çox yaxşı müəllimlərdən musiqini öyrənirdilər. Ona görə də onlar musiqi xridarı olurdular. Həmin vaxt aristokratların çoxu musiqi yaza bilirdi. Lakin həmin bəstələri öz adlarına çıxarmağı ayıb bilirdilər. Düşünürdülər ki, bu qədər mülkləri, torpaqları, təsərüffatları var, kral mənlə məsləhətləşir və s. Bu qədər işlə yanaşı bir də musiqi yazmağı özlərinə sığışdırmırdılar.
 
Dünya sürətlə inkişaf edir. Azərbaycan dünya ilə müqayisə də hansı dövrünü yaşayır? 


- Bu yəqin ki, müxtəlif sahələrə görə, dəyişir. Hansısa sahədə ola bilər ki, 18-ci əsrdə qalıb. Bir başqa sahədə 20-ci əsrin ortalarındadır. 

Film musiqilərini yazdığın vaxt ilhama ehtiyac var, yoxsa əsas texnikanı bilib onun üzərində yazmaq lazımdır? 


- Ümumiyyətlə, peşəkar bəstəkarlar - o, adamlar ki, bu sahə üzrə təhsil alıblar. Onlar gözləmir ki, ilham gəlsin, mən mahnı bəstələyim. Bu daha çox mahnı yazmaqla məşğul olanlara aiddir. Əhvalları yaxşı olur, başlayır mahnı yazmağa. Professional bəstəkarlar ilham xırda detalları işlədiyi zaman gəlir. Mən xoşuma gəlməyən filmə musiqi bəstələməmişəm. Filmdə əsas söz sahibi rejissordur. Biz hər birimiz onun görmək istədiyinə dəstək veririk. Çox yaxşı olardı ki, rejissorların musiqi ilə bağlı bilikləri olardı. Bu onların işinin tərkib hissəsidir.

Daha ətraflı videodan izləyə bilərsiniz:

Lalə Ramizqızı
BAKU.WS
VİDEO