Ötən gün Prezident İlham Əliyev Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsi haqqında sərəncam imzalayıb.


BAKU.WS-in məlumatına görə, sözügedən sərəncam hər iki teatr kollektivinin sevincinə səbəb olub. 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası, Xalq artisti Afaq Bəşirqızı sosial şəbəkədə paylaşdığı videoda bunları deyib:

"Sevincimizin həddi-hüdudu yoxdur. Bu sevinciimizi sizlərlə paylaşmaq istədim, mənim əzizlərim. Yaxın saatlarda cənab prezidentin Musiqili Teatrda "akademik" statusunun verilməsi sərəncamı çıxdı. Bütün incəsənət xadimlərini, teatrın kollettivini, həmkarlarımı bu gün münasibəti ilə ürəkdən təbrik edirəm. Rus Dram Teatrını ürəkdən təbrik edirəm. Onlara da "akademik" statusu verildi. İncəsənət xalqındır. Biz sizinik. Biz sizə xidmət etmişik, biz sizin üçün yaşayırıq. Sizin üçün də yaşayacağıq. Bütün həmkarlarıma deyirəm: "Bir nəfər hamı üçün - hamı bir nəfər üçün".

BAKU.WS