SİZİN REKLAM BURADA!
055 213 76 73



Akademik Arif Paşayev fevralın 15-də 84 yaşını qeyd edib.

BAKU.WS-in məlumatına görə, nəvəsi, Azərbaycan prezidentinin qızı Leyla Əliyeva sosial şəbəkədə babasının ad gününü təbrik edib və onun fotolarını paylaşıb.

“Sevimli babamı ad günü münasibəti ilə təbrik edirəm, hamıya xoşbəxtlik arzu edirəm”, - deyə Leyla Əliyeva qeyd edib.

Biz də akademik Arif Paşayevi 84 illiyi münasibəti ilə təbrik edir, ona uzun ömür və can sağlığı arzulayırıq.

BAKU.WS