SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair və qəzəlxan Əliağa Vahidin qızı Firəngiz xanımın maddi vəziyyəti ağırdır.

BAKU.WS xəbər verir ki, bu barədə tarzən Humay Qədimova bildirib.

O, sosial şəbəkə hesabında Firəngiz xanımla video paylaşaraq onun sosial vəziyyətinin acınacaqlı olduğunu deyib:

"Bir xalq ədəbiyyatı və mədəniyyəti ilə seçilər, kök salar, dəyərləndirilər. Əliağa Vahid Azərbaycanın poeziyasına orta əsr qəzəl üslubunu yenidən gətirməklə tanıdıb. Onun yadigarı Firəngiz xanımla görüşdüm. Sosial vəziyyəti çox acınacaqlı durumdadır. Xanəndələr və meyxanaçılar ziyarətiniz savab olar".

BAKU.WS
VİDEO