SİZİN REKLAM BURADA!
055 213 76 73


Tarzən Humay Qədimova Daxili İşlər Nazirliyinə videomüraciət ünvanlayıb.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, tarzən bu barədə öz “Instagram” profilində paylaşım edib.

O bildirib ki, sürücüsü Ekologiya Postu adlanan ərazidə Vüqar Cəbrayılov adlı polis inspektoru tərəfindən haqsız yerə saxlanılıb.

Belə ki, polis inspektoru sürücünün içkili olmadığı halda, içkili olduğunu iddia edib, daha sonra ondan sənədlərini tələb edib.

Humay Qədimova həm də qeyd edib ki, həmin inspektor avtomobilin qaytarılması üçün sürücüdən 3000 manat rüşvət istəyib.

BAKU.WS
VİDEO