SİZİN REKLAM BURADA!
055 213 76 73


34 yaşlı aparıcı-model Krissi Teygen Tvitter səhifəsini bağlayıb.

BAKU.WS "Axşam.az"a istinadən xəbər verir ki, bu barədə o, 14 milyonluq səhifəsində yazıb:

"Buradakı səhifəm həyatımda müsbətdən çox mənfi rol oynamağa başladı. Hazırda bunu dayandırmaq üçün ən yaxşı vaxtdır. Sosial şəbəkədə vaxt keçirdiyim müddətdə dərin travmalar aldım və onların qarşısını ala bilmədim. Tvitterdəki izləyicilərim 10 ildən çoxdur ki, mənim dünyama çevrilib. Birlikdə yaratdığımız hər şeyə görə sizə minnətdaram. Bir çoxunuzu əsl dost hesab edirəm, amma vidalaşmaq vaxtıdır".

Krissi Teygen 34 milyonluq İnstaqram səhifəsini isə hələ ki, bağlamaq istəmədiyini bildirib.

Qeyd edək ki, Krissi müğənni Con Lecend ilə ailəlidir. Cütlüyün 2 övladı var.

BAKU.WS