"İşğaldan azad edilmiş bölgələrdəki xristian abidələri də bərpa ediləcək, biz abidələrin heç birinə fərq qoymuruq".

BAKU.WS xəbər verir ki, bunu APA-ya açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir bildirib ki, hazırda Alban kilsələrinin hamısının bərpası üçün tam şərait yoxdur:

"Təəssüf ki, bütün Alban kilsələrinə tam nəzarət bizdə deyil. Laçındakı Ağoğlan kilsəsi, Kəlbəcərdəki Xudavəng monastırı bizim nəzarətimizdədir, lakin Gəncəsar və Amaras monastırları hələlik bizim nəzarətimizdə deyil. O abidələr ki, bizim nəzarətimizdədir, mütləq bərpa ediləcək. Biz Şuşadakı Qazançı kilsəsini də bərpa edəcəyik. ICESCO-nun Baş direktorunun Azərbaycan Prezidenti ilə görüşü zamanı da belə bir təklif irəli sürülüb ki, İCESCO iki məscid və bir kilsənin təmir edilməsini həyata keçirmək istəyir. Məncə bu da çox vacib mesajdır ki, İCESCO müsəlman dünyasının təşkilatı olaraq kilsənin də bərpasında iştirak edir".

BAKU.WS