SİZİN REKLAM BURADA!
055 213 76 73


Şounun sonuna 10 dəqiqə qalmış, müğənni Ramal İsrafilov Kəmalə Piriyevadan hədəfini dəyişməyi, Lalə Mustafayevanı deyil, səs toplayacağı təqdirdə onu çıxarmağı təklif etdi. 

Lakin 47, 79 faiz səs toplayan Kəmalə Piriyeva özü şounu tərk etdi. Sabahdan isə maşın uğrunda 3 nəfər - Ramal İsrafilov, Suna Kasımoğlu və Lalə Mustafayeva mübarizəyə başlayacaq.

22:45

“Birinizin adını açıqlamağa məcburam. Məndən inciməyin. Heç bir iştirakçı adımı çəkib demədi ki, hədəfimsən. Mənim hədəfim Lalədir”.  

BAKU.WS xəbər verir ki, bu sözləri Kəmalə Piriyeva “Maşın” şounun gedişatında səsləndirib.  

Lalə isə cavab olaraq “Mən bilirdim ki, Kəmalə mənim adımı çəkəcək. Əslində üzüm də yoxdur səs istəməyə. Hamı dedi ki, gərək sən Kəmaləni oyundan çıxardardın, amma etmədim. Mən iki dəfə sizi qorudum, oyundan çıxartmadım. Tamaşaçılardan üzr istəyirəm, amma bir tək sizə güvənirəm, ümidim sizədir. Kəmalənin “getməsinə” səs verin”, - deyib.  

22:20

Azərbaycanın Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu "Maşın" realiti şousunun "Maskarad" adlı 18-ci sürətininin növbəti buraxılışı start götürüb. 

BAKU.WS-in məlumatına görə, bu dəfə də iştirakçılar teleaparıcı Kəmalə Piriyevanı SMS səsverməsinə çıxarıblar.

Kəmalə xanım hələlik hədəfini açıqlamaq istəmədiyini bildirib.
BAKU.WS
VİDEO